Azərbaycanda vəzifəli şəxs koronavirusun QURBANI OLDU
Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu
Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.
Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.
Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı. \\Xeberle.com
Tarix: 24 iyul 2020
Baxış: 292
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş