Xəbər lenti
Reklam
Polşada erməni təxribatının qarşısı alındı
Polşada erməni təxribatının qarşısı alınıb.
Azərbaycanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, Poznan şəhərində “Little Armenia” adlı restoranın girişində quraşdırılmış lövhədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan təsvir verilib.
Belə ki, sözügedən təsvirdə Ermənistanın xəritəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə birgə göstərilirdi.
Sözügedən qəbuledilməz təsvirin “Little Armenia” adlı restoranın üzərindəki lövhədən yığışdırlması istiqamətində səfirlik tərəfindən fəaliyyətə başlanıb.
Bununla əlaqədar Polşanın müvafiq qurumlarına etiraz məktubları göndərilib və müvafiq görüşlər keçirilib.
Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərindən götürülüb: "Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, eləcə də Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərimizdə həyata keçirilən bütün qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərimizin diqqət mərkəzindədir". \\Virtualaz.org
 
Tarix: 28 mart 2019
Baxış: 388

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş