Azərbaycan vətəndaşı Gürcüstanda QƏTL TÖRƏDİB
Gürcüstanın Dmanisi rayonunda qətl törədilib
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 38 yaşlı şəxs 2000-ci il təvəllüdlü tanışı ilə mübahisə zamanı onu bıçaqla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. O, qətldən dərhal sonra “isti izlər”lə saxlanılıb.
Polis soyuq silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs cəzası gözləyir. \\Report
Tarix: 03 iyul 2020
Baxış: 460
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş