Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Gəncədə epidemiya qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb
 

Gəncədə xüsusi karantin rejimi qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb.
Gəncə şəhəri, Nizami rayonunda Ramil Məhərrəmov epidemiya qaydalarını pozub.
Polis tərəfindən saxlanılan R. Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.
Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib.
İş üzrə iki nəfər də zərərçəkən şəxs qismində tanınıb.
Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-ə təyin edilib.                     /APA
Tarix: 02 iyul 2020
Baxış: 383

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş