Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Tərtərin icra başçısı da koronaya yoluxub? – Rəsmi
 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.
Gender.az-a daxil olan məlumata görə, icra başçısının koronavirus testi pozitiv çıxıb.
Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.
Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.
Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib, xanımının vəziyyəti isə ağırdır.
***
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVİD-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə icra başçısının özü Report-a bildirib.
M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".
Tarix: 20 iyun 2020
Baxış: 467

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş