Gəncə sakininin gəlinini, nəvələrini və qardaşı arvadını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanıb
Gəncədə 4 nəfərin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.
1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı 1967-ci il təvəllüdlü Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüd Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü Malik Quliyev, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.
Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Zəruri istintaq tədbirləri davam etdirilir. /APA
Tarix: 17 iyun 2020
Baxış: 391
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş