Xəbər lenti
Reklam
SON DƏQİQƏ: İranda ziyarətgahda dəhşətli terror - XEYLİ SAYDA ÖLÜ, ONLARLA YARALI VAR

İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. 
Gender.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 
Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.
Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.\\AZSABAH.COM
***
İranın Fars əyalətinin Şiraz şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artıb.
15 nəfər ölüb, 27-si yaralanıb. \\AZSABAH.COM

***
İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Məlumatda silhalı şəxslərin üç nəfər olduğu da bildirilib. \\AZSABAH.COM
***
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
İki terrorçunun saxlanıldığı bildirilir. \\AZSABAH.COM

Tarix: 26 oktyabr 2022
Baxış: 640

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş