Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Sürücü taksisində yuxuya gedən sərnişini zorladı

Moskvada taksi sürücüsü yatmış sərnişinə təcəvüz edib.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
"2022-ci il oktyabrın 10-na keçən gecə taksi fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxs Akademik Korolyov küçəsində dayanmış avtomobilin salonunda olarkən 1986-cı il təvəllüdlü sərnişinin yatmasından istifadə edərək, arxa oturacaqda oturaraq ona qarşı cinsi hərəkətlər edib, həmçinin zorlamağa cəhd edib", - məlumatda deyilir.
İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmiş taksi sürücüsünə fəal şəkildə müqavimət göstərib və avtomobili tərk edə bilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 131-ci maddəsinin 1-ci hissəsi ("Zorlamaya cəhd") və 132-ci maddəsinin 1-ci hissəsi ("Seksual xarakterli digər zorakılıq hərəkətləri") ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs həbs edilib, istintaq davam edir.\\Milli.Az 

Tarix: 21 oktyabr 2022
Baxış: 403

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş