Redaktor seçimi
    Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”
Xəbər lenti
Reklam
Ərini yataqda kişi ilə tutan qadın olmaq…

Mənim ən çox qorxduğum şey ətrafımda baş verənlərin gözümdə adiləşməyidir. Əslində bu hal həm ruhumuzun, həm də bədənimizin relsindən çıxıb xaosa sürüklənməyidir. Dövr dəyişir, kainat radiasiya yorğanına bürünür. Sevgi də, nifrət də, ən intim duyğular da əski parçasına dönüb ayağımızın altında əzilir. Mənim 9 yaşımın 7 qat pərdə arxasında qalan intiminə bu gün oğlum 1 smartfon toxunuşu qədər yaxındır.
Mən istənilən hadisəyə bütün tolerant duyğularımı səfərbər edib, ən həssas hissəmlə toxunuram. Amma o hissəmi də şərait və mühit aram-aram, çimdik-çimdik qoparır.
Heç vaxt özümdə insanların intiminə qarışmaq haqqı görməmişəm. Bu cəhəti məndə bir az Avropa, bir az yaşayıb yazdıqlarım, oxuduqlarım, müşahidələrim formalaşdırıb. Hər kəsi orientasiyası, stili, özünüifadə şəkli ilə qəbul edirəm. Avropa Parlamentinin 47 dil bilən baş tərcüməçisi, müsahibə etdiyim üçün qürur duyduğum homoseksual tanışım da var. Belə çıxır ki, homofob da deyiləm. Cinsiyyət önəmli deyil mənim üçün. İnsanları vicdan, ədalət, mərhəmət şkalasında ölçürəm.
Öz həyatım dağınıq ikən başqasının intiminə burun soxmağa vaxtımmı var? O da yoxdur! Amma… Məni yoran artıq içimizdə cücərtdiyimiz baki duyğuların yerini boşluğa verməsidir…
Əslində bu gün təkcə orientasiyası fərqli olanlar deyil, bütün planet sakinləri LGBT çətiri altında toplaşmağa məcbur edilir. Çəkilən animasiya filmləri, cinsi yetkinliyi hələ də alaçiy formalaşan uşaqların əlinə verilən göyqurşağı oyuncaqlar, təbliğ olunan gey influenserlərin lüks həyatı, qadınlara naiflikdən dərs keçən homoseksual blogerlər artıq alışdığımız ənənəvi kişi və qadın stereotipini qırmaq üçün çox da əziyyət çəkmir. Çünki biz onlara yavaş-yavaş ram oluruq…
İnsanları evlərinin, yataq otaqlarının kənarından tənqid etmək hədsizlikdir. Lakin istər iki kişi, istər üç qadın, istərsə də digər formalarda orada baş verənlər mənim iradəm xaricində məişətimə sıçrayırsa, qapağını açdığım bütün sosial şəbəkələr qadının ərini özündən də “maskulin” həmcinsi-partnyoru ilə xəyanət üstündə yaxaladığını təbliğ edirsə, demək, biz cəmiyyət olaraq belə anormallıqların acıyıq.
Qədim Yunan ilahələrindən tutmuş, tarixin ən qoluzorbalı hökmdarlarına, klassik ədəbiyyatın incə ruhlu ulduzlarınadək homoseksuallıq hər zaman cinsi cərəyan kimi mövcud olub. Amma bu qar dənələri digərlərini yolundan azdırıbmı? Məncə, yox!
Dövrümüzdəki kimi əsla yox!
Yalvarıram sizə, orientasiyanızı əlinizdə silah edib, trendə çevirməyin. Həmcinslərinizin diqqətini cəlb etmək üçün özünüzü həddən artıq qadın işvəsinə bürüməyin. Bunu ictimai fiqurlar edəndə lap eybəcər görünür. Axı siz komediya personajı deyilsiniz. Real həyatda yaşayırıq, uşaq böyüdürük. Xarakter, mənəviyyat sizin təqdim etdiyiniz cinsiyyət anlayışı ilə ölçülmür. Mənliyinizi qoruyun ki, arvadını yataqda kişiyə dəyişən kişilərin tragikomediyası mətbəximizdən boylanmasın. Çünki həqiqətən ərini yataqda kişi ilə tutan qadın olmaq çox dəhşətlidir… \\AZİNFORM.AZ

Tarix: 11 iyun 2022
Baxış: 647

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş