Redaktor seçimi
    Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”
Xəbər lenti
Reklam
Qarabağ Qazisi: “Bu tarixi yazan Müzəffər Ali Baş Komandan, onun əsgəri və zabitləridir”
                                                                                                                    
Bakının səfalı Mərdəkan kəndində Abşeron rayon ziyalılarının iştirakı ilə “Abşerondan Şuşanın ətri gəlir” adlı ədəbi-bədii xeyriyyə tədbiri keçirilmişdir. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, alimlər, şair və yazıçılar iştirak edib. Tədbirə bir çox böyük tədbirlərin təşkilatçısı olan Bakı xeyriyyəçisi, əslən Şüvəlanlı Hacı İntiqam Atayev ev sahibliyi edib.

Tədbir Mərdəkan Mədəniyyət Evində keçirilib. Təntənəli Azərbaycan himni çalınıb və səhnəyə Azərbaycanın bayrağı gətirilib. Bu bayraq Şuşanın alınmasında hər iki gözünü itirərək əlil olmuş, əslən Abşeron rayonunun Novxanı kəndindən olan Qazi Əliyev Amil Faiq olğlunun əlində elə bir möhtəşəm məna kəsb edirdi ki, iştirakçılar özlərindən asılı olmayaraq həyəcanlanırdı. Əliyev Amil Faiq olğlu Ağdərə-Suqovuşan istiqamətində yaralanaraq gözlərini bu Vətən yolunda fəda etmiş qazimizdir.

Məclisin açılışında tədbir iştirakçılarını salamlayan Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı İnternat məktəbinin müəllimləri İzolda xanım Hüseynova və Ayan xanım İmanova şagirdlərin ifasında gözəl bir giriş etdi. Şagirdlərdən Sevinc, Fidan, Fatimə, Məhəmməd, Yusif və Hüseyn Azərbaycan himnini gözəl bir şəkildə ifa etdilər. Bu, onların vətənpərvərlik tərbiyəsinin etibarlı əllərdə olduğunu nümayəş etdirdi.


Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı Ötərxan Eltac tədbir iştirakçılarını salamladı və onlara xoşgəldiniz dedi.

Tədbirdə şəhid qardaşı, Qarabağ Qazisi Çeçenistanın ilk fəxri vətəndaşı Arif Məhərrəmov çıxış edib. Çeçenistanın Millət Qəhrəmanı Arif Məhərrəmov keçdiyi həyat və döyüş yolundan söhbət açıb. O Zəfər yolundan danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıb, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışıb. Qarabağ qazisi torpaqlarımız işğaldan azad olunduqca hərbçilərimizin daha çox sevindiklərini, onların keçirdikləri hisslərin sözlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib.

Arif Məhərrəmov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib. Bildirib ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir.

Tədbirin sonunda çıxış edən Arif Məhərrəmov qazi və həbçiləri səhnəyə dəvət edərək tədbirin daha da maraqlı keçməsinə səbəb olub.

Tədbir bədii hissə başa çatıb. sonra Çay Evində çay və şirniyyat süfrəsi açılıb.
Tarix: 07 iyun 2022
Baxış: 369

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş