"Putin bunu gözləmirdi, indi tək istəyi..." - Rusiyalı milyarderlərdən ŞOK AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya iqtisadi təzyiqləri artırmaqla bu ölkəyə dəstək verən Qərb dövlətlərini təslim etməyi hədəfləyir.
Bu haqda “Washington Post” qəzeti yazıb.
“Washington Post”un Putinə yaxın rus elitasına əsaslandığı xəbərinə görə, Kreml xarici dövlətlərin Ukraynaya dəstəyini kəsmək üçün Ukraynaya iqtisadi təzyiqi artırmağı hədəfləyir.
Rusiya elitaları bəyan ediblər ki, Putin ilk növbədə Ukrayna taxılının ixracına embarqo qoymaqla Qərblə “qorxuducu müharibəyə” girib.
Adının çəkilməsini istəməyən başqa bir rusiyalı milyarder qeyd edib ki, Putin müharibənin əvvəlində Qərbin bu qədər sərt reaksiya verəcəyini gözləmirdi.
“Putin hazırda vəziyyəti yenidən formalaşdırmağa çalışır və uzunmüddətli perspektivdə qalib gələcəyini düşünür. Putin Qərbin yorulacağını düşünür”,- əlavə edib.
Milyarder qeyd edib ki, Qərb liderləri seçki dairələri qarşısında həssasdırlar, ona görə də onlar bir gündə fikirlərini dəyişə bilərlər.
Avropa Birliyinin Rusiya neftinə tətbiq etdiyi embarqonu qiymətləndirən başqa bir Rusiya rəsmisi bunun qısa müddətdə çox az təsir göstərəcəyini ifadə edərək, “Kremlin hazırkı rejimi odur ki, nəyin bahasına olursa-olsun, müharibəni uduzmasınlar”, - qeyd edib. \\Sfera.az