Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Zurabişvili: “Azərbaycanlılar və ermənilərin Gürcüstanda dinc şəraitdə yaşaması Qafqaz üçün nümunədir”

“Gürcüstanın azərbaycanlı və erməni vətəndaşlarının dinc şəraitdə birgə yaşaması tolerantlıq göstəricisidir və bu, Qafqaz üçün müsbət nümunədir, həm də regionun ənənələrinin davamıdır”.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra deyib.
Prezident erməni həmkarı ilə nəqliyyat və yüksək tenxologiyalar sahələrində mövcud əlaqələr və əməkdaşlıq potensialının artırılması məsələlərini müzakirə etdiyini bildirib: “Regionun tranzit potensialına, yeni infrastruktur şəbəkələri və enerji marşrutlarına hər iki tərəfdə böyük maraq var və biz birgə səylərlə bu istiqamətdə iş aparmalıyıq”. \\Report

Tarix: 30 may 2022
Baxış: 386

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş