Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Deputat: “Sürücülük vəsiqələrinin rüşvət müqabilində verilməsi iddiası doğru deyil”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu islahatlar həyata keçirilir. Bəzi dövlət qurumlarına püxtələşmiş, peşəkar insanlar rəhbərlik edirlər. Məsələn, polis general-mayoru Ramiz Zeynalov illərdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisidir, oranı qoruyur. Yol polisinin gördüyü işlər təqdirəlayiqdir. Dövlət Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddətinin daha 1 il artırılmasını məsləhət bilirsə, deməli, belə doğrudur. Ramiz müəllim bu sahəni daha yaxşı bilən insandır. Düşünürəm, xidmət müddətinin artırılması daha düzgün olar...”

Gender.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat sürücülük vəsiqələrinin rüşvət müqabilində verilməsi iddialarına da münasibət bildirib: “Bu barədə məlumatım yoxdur. Saytlar yazırlar, oxuyuram, jurnalistlər bunu şişirdirlər. Bəzən adamın haqqında o qədər yalan məlumat yazırlar ki... Əvvəla, bir valideyn övladına pulla sürücülük vəsiqəsi alırsa, özü övladına ölüm almış olur. Elə düşünək ki, övladına narkotik alır, bədbəxtliyinə, gələcəkdə övladının hansısa hadisə törədib həbsə düşməsinə yol açır. Allah göstərməsin, bir qəza törədib kimisə şikəst edər, ya özü şikəst olar... Sürücülük vəsiqələrinin rüşvət müqabilində verilməsi iddiası doğru deyil. Ümumiyyətlə, əgər belə hal varsa, bundan sonra olmamalı, qarşısı alınmalıdır”.

C.Paşazadə deyib ki, bəzən sürücülər yol polislərinə qarşı qeyri-etik davranırlar: “Polislərimiz bu münasibətlərə dözürlər. Polislərimizə daha anlayışla yanaşmalıyıq, işləri çətindir. Xarici ölkələrdə oluram, oradakı yol polislərinin davranışlarını da görürəm... Bizim polisimizin zəhməti böyükdür, xalqa xidmət edirlər”.

Deputat “zerkalni” dövlət qeydiyyat nişanlarının rəsmi rüsumdan qat-qat baha təklif edilməsi barədə yayılan məlumatlara da toxunub: “Həmin nömrələrin rəsmi dövlət rüsumları var. Kimsə nömrəyə o qədər vəsait verirsə, axmaq adamdır. Hər ortalığa atılan söhbətə inanmaq lazım deyil. Bəzən saytlarda elə telefon nömrələri çıxır ki, ağlasığmaz qiymətə satırlar. Araşdırıb görürsən ki, bu, mənbəsi olmayan informasiyadır. Elə bütün bu yazılan söz-söhbətlər də o cürdür”.

Aytəkin Qardaşova

Tarix: 27 may 2022
Baxış: 394

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş