2023-cü ildə Vladimir Putin artıq prezident olmayacaq. O, müalicə üçün sanatoriyaya göndəriləcək və oradan daha Rusiya lideri kimi çıxmayacaq.
Bunu Britaniyanın Mi-6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Riçard Dirlav deyib.
Onun sözlərinə görə, Putin gələn ilə kimi Rusiya prezidenti postundan gedə bilər. Buna səbəb Ukrayna müharibəsi yox, 69 yaşlı prezidentin səhhətidir.
Dirlav Putini bu postda Təhlükəsizlik Şurasının katibi, onun sevimlilərindən olan Nikolay Patruşevin əvəzləyəcəyini iddia edib.
"Bu xüsusi əməliyyatın fəlakət olduğuna şübhə yoxdur. Rusiya iqtisadiyyatı bərbad vəziyyətdədir, sanksiyalar yaxın üç-altı ayda həqiqətən zərər verməyə başlayacaq, çox yüksək inflyasiya olacaq və üstəlik, hərbi baxımdan bu, tam fiaskodur", - Dirlav bildirib. \\Axar.az