Xalq artisti palataya köçürüldü
Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.
Gender.az bildirir ki, bu barədə APA-ya Xətai Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:
"Hazırda vəziyyəti qənaətbəxşdir".
"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi", - deyə məlumatda bildirilib.
Tarix: 21 dekabr 2024
Baxış: 27
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş