“Bəzi sahələrdə, o cümlədən “Artsax”ın statusu məsələsində nəyisə düzəldə bilərik” - Koçaryan
“Bu hakimiyyətin (Paşinyan – red) “Artsax” məsələsində mövqeyi hər kəsə aydındır. İndi mövcud təhlükəni neytrallaşdırıb başqa yolla getməyə dəyərmi, yoxsa biz bu axınla qalmalıyıq?”.
Bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Koçaryan fikir səsləndirib:
“Bu insanlar (Paşinyan və onun tərəfdarları-red) bütün yetkin həyatları boyu indiki kimi düşünüblər. Onlardan heç nə gözləmək olmaz. Bu yol çox çətin olacaq, itirdiklərimizi itkisiz əldə etməyəcəyik. Amma bəzi sahələrdə nəyisə düzəldə bilərik, o cümlədən “Artsax”ın statusu ilə bağlı məsələni. Mən nəyisə xilas etmək üçün istifadə edilə biləcək addımların ardıcıllığını görürəm” – deyə Robert Koçaryan vurğulayıb. \\KONKRET.az
Tarix: 27 dekabr 2021
Baxış: 170
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş