Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Rusiyalı ekspert: "Ermənistanın müttəfiqi olaraq qələmə verilməsi Fransanın nüfuzuna xələl gətirir"

"Ermənistanın havadarı şəklində qələmə verilməsi Fransanın nüfuzuna xələl gətirir. Bu ölkənin Qarabağ münaqişəsilə bağlı siyasəti radikal səpgidə dəyişdiyi üçün iflasa uğradı".
Gender.az bildirir ki, bunu “Report”a rusiyalı politoloq Sergey Markov bu günlərdə Fransada prezidentliyə namizəd Valeri Pekrezin qanunsuz olaraq Xankəndinə getməsinə münasibət bildirərkən deyib.
“Valeri Pekrez Fransanın erməni diasporunun maliyyəsinə göz dikib. Fransa ən antitürk ölkələrdən biridir və onlar islam əleyhdarı seçicilərinin rəğbətini qazanmağa çalışırlar. Bunun üçün fransalı siyasətçilər Türkiyəni və deməli, Azərbaycanı da hədəfə götürməyə səy göstərirlər”.
Rusiyalı ekspertin fikrincə, qatı ermənipərəst mövqeyilə seçilən Fransa bu üzdən əvvəllər ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə ziyan vururdu: “ATƏT-in Minsk Qrupu həmsədri olaraq hər hansı nüfuz sahibi olmayan Fransa əslində bu qurumun iflasa uğramasının başlıca təqsirkarıdır. İyirmi il vasitəçi olaraq danışıqlar apardılar və nəticəsi sıfır oldu”.

Tarix: 27 dekabr 2021
Baxış: 190

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş