Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
“Nikol Paşinyan Şuşanı Azərbaycan şəhəri, Qarabağı Azərbaycanın bir hissəsi hesab edir” - Tevanyan

“Nikol Paşinyanın qondarma mətbuat konfransı əsasən xarici auditoriya üçün olub. Daha konkret desək, Türkiyə və Azərbaycan üçün”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Nikol Paşinyan Şuşanı Azərbaycan şəhəri, Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

“O, Ermənistan-Türkiyə təmaslarından əvvəl Türkiyə-Azərbaycan cütlüyünün ilkin şərtlərini açıq şəkildə yerinə yetirdi”, - deyə Tevanyan qeyd edib.

Erməni deputat vurğulayıb ki, Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu və Qarabağı Azərbaycan tərkibində tanıdığını bildirib.

Tevanyan bildirib ki, Ermənistan Baş naziri rəsmi İrəvanın (qondarma – red.) “soyqırımı”nın tanınması məsələsinin təqibindən imtina etdiyini bir daha təsdiq edib.

Erməni deputat yazıb ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğunu gizli formada ifadə edib, Tavusda gözlənilən ərazi güzəştləri haqqında anons verib. \\Ordu.az
Tarix: 25 dekabr 2021
Baxış: 212

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş