Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
“Ölkəni böyük psixiatriya xəstəxanasına çeviriblər” - Qazinyan

“Ermənistan baş nazirinin digər yüksək vəzifələrində müəyyən edilmiş meyarlar sırasına psixi sağlamlıq, tələb olunan sənədlər sırasına isə məhkəmə-psixiatriya ekspertizasının rəyi əlavə edilməlidir”. Bunu “Facebook” səhifəsində Vahid Ermənistan Partiyasının sədri, ölkənin parlamentinin deputatı Artur Qazinyan yazıb.

Qazinyan qeyd edib ki, ölkəni böyük psixiatriya xəstəxanasına çeviriblər, dövlət idarə orqanları isə mühüm işlərini kənara qoyub, kütlənin ruhi tələbatını ödəyir.

“P.S. Son yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri və onların psixi cəhətdən sağlam olmayan siyasi liderlərin davranışlarına təsiri beynəlxalq psixiatriya ictimaiyyətinin xüsusi araşdırmasının mövzusu olmalıdır”, - deyə o bildirib. \\Ordu.az 
Tarix: 24 dekabr 2021
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş