Xəbər lenti
Reklam
“Xəzər TV”dən ayrılan Zaur Murad barədə danışdı: “Ərizəmi yazdım…”

Aparıcı Zaur Kamal “Xəzər TV”nin rəhbəri Xalq artisti Murad Dadaşovu ad günü münasibəti ilə təbrik edib.
Aparıcı “Həmin Zaur” verilişində bildirib ki, M.Dadaşovun rəhbərliyi altında olan “Xəzər” telekanalından öz ərizəsi ilə ayrılıb:
“Hamımız onu yaxşı tanıyırıq. Mənim də əvvəllər rəhbərim, müdirim olub. Çoxu elə bildi ki, mən oradan başqa səbəblərdən işdən çıxmışam. Amma mən ərizəmi yazdım. Amma bilirəm ki, mənim xətrimi çox istəyir. Mənim də ona hörmətim sonsuzdur. Murad Dadaşovun ad günüdür. Onu təbrik edirəm. Arzu edirəm ki, Allah verən ömrü istədiyiniz kimi yaşayasınız.
Qeyd edək ki, Z.Kamal “Xəzər” telekanalında “5/5” və “Ay Zaur” verilişinin aparıcısı olub. O həmin TV-nin radiosunda da aparıcılıq edirdi. \\Lent.az

Tarix: 22 dekabr 2021
Baxış: 163

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş