Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu: “Sözümü demişəm”

Xalq artisti Afaq Bəşirqızının ağır xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal haqqında fikirləri cəmiyyətdə böyük qınağa səbəb olub.
Buna səbəb onun həmkarı Novruz Qartalın səhhətindən danışarkəndediyi sözlər olub.
Belə ki, aktrisa "Yenisabah”a açıqlamasında uzun illərdir eyni teatrda işlədiyi və eyni səhnəni bölüşdüyü Novruz Qartalın səhhətinə laqeyd yanaşıb:
"Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” - deyə bildirib.
Mövzu ilə bağlı AZXEBER.COM-un əməkdaşı yenidən xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb, sosial şəbəkələrdə haqqında yazılan iddialara cavab axtarıb. Xalq artisti isə dediyi fikirlərin üzərində qaldığını bildirib:
"Mən bu suala cavab vermişəm. Bütün cavablarım yayımlanıb. Bu mövzuda məni narahat etməyin” deyib.
Xalq artistinin bu iddialarına qarşı AZXEBER.COM Novruz Qartalın həyat yoldaşı ilə də əlaqə saxlayıb.
Zərqələm Əliyeva "Afaq Bəşirqızı ilə Novruz Qartal arasında hansısa bir münaqişə olubmu? sualına "xeyir” cavabını verib və əlavə edib:
"Novruz qadın həmkarları ilə heç vaxt mübahisə belə etməzdi. Öz işini görən, illərdir bu sənətdə olan adamdır. Afaq Bəşirqızı niyə elə deyib, bilmirəm. Amma insanlar onun bu çıxışına cavab verirlər. Mən də başım açılsın, daha geniş danışacam” deyə cavab verib.
Z.Əliyeva mətbuat nümayəndələrinə aktyorla maraqlandıqları üçün təşəkkür edib: "Özünüz də gəlib çəkə bilərsiniz. Kirayədə yaşayırıq. Vəziyyətimiz çox ağırdır. Onun özünün bu gün real xəstəliyi ilə bağlı məlumatı yoxdur. Allah böyükdür! Aktyor yoldaşları, teatrdakı işçilər tez-tez gəlirlər”
Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir.
Aydın Nuri

Tarix: 22 dekabr 2021
Baxış: 297

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş