Redaktor seçimi
    Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”
Xəbər lenti
Reklam
Zaxarovanın bəyanatındakı “kod” açıldı!- “Deyir ki, Ermənistan nəzarətimizdədir”

“...Və icazəmiz olmadan rəsmi İrəvan heç bir addım ata bilməz”

“Yəni Ermənistan Türkiyə ilə əlaqə qurması yalnız bizim razılığımız ilə mümkün ola bilər”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva Ankara və İrəvanın münasibətləri normallaşdırmaq niyyətini alqışlayır. O bildirib ki, regionda ümumi vəziyyətin sağlamlaşması naminə  Rusiya bu prosesə kömək etməyə hazırdır. Diplomat bu niyyətin reallaşması üçün xüsusi nümayəndələrin təyin edilməsinin ağlabatan addım oluğunu və rəsmi Moskvanın bu prosesə hər şəkildə kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.

Maraqlıdır, rəsmi Moskva Türkiyə- Ermənistan münasibətlərinin yaxşılaşmasında göstərdiyi təşəbbüsdə nə dərəcə səmimidir?

Rusiyanın əlində olan bütün mümkün variantlarla Ermənistanı nəzarətdə saxlamağa çalışdığını deyən analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, Kreml rəsmi İrəvanın asanlıqla nəzarətdən çıxmasını istəməz:

“Rəsmi Moskva hazırda Avropa İttifaqı ilə, xüsusilə də Fransa ilə mübarizə aparır. Paşinyanın sırf Avropa İttifaqının (Aİ) Brüsseldə təşkil etdiyi görüşdə iştirak edəcəyinə görə Rusiya onu məcbur Soçiyə çağırıb masada oturtdu. Və ona öz şərtlərini diktə etdi. Belə bir şəraitdə rəsmi Moskva Ermənistanla Türkiyə sərhədlərinin açılmasını, rəsmi Ankaranın Ermənistan üzərində siyasi və iqtisadi aktivliyinin artmasını istəməz”. 

Analitik rəsmi İrəvanın Türkiyə ilə yaxınlaşacağı təqdirdə onun Rusiyaya ehtiyacı qalmayacağını vurğulayıb və  Zaxarovanın burda başqa bir ismarıc vermək istədiyini söyləyib:

 “O, istənilən halda Ermənistan bizim nəzarətimiz  altındadır və icazəmiz olmadan rəsmi İrəvan heç bir addım ata bilməz mesajını verir. Yəni Ermənistan Türkiyə ilə əlaqə qurması yalnız bizim razılığımız ilə mümkün ola bilər. Əslində bu açıqlama xoş niyyətdən daha çox region bizim nəzarətimizdədir,biz istəmədən burda heç nə ola bilməz  xəbərdarlığı  təəssüratını bağışlayır”.   

Tarix: 16 dekabr 2021
Baxış: 148

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş