Redaktor seçimi
    Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”
Xəbər lenti
Reklam
“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir - FOTOLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.
Gender.az xəbər verir ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Ötən ay başlamış 4 qrupda ümumilikdə 60 məktəbli üçün keçirilən xüsusi dərnəklər başa çatmışdır. Dərnəyə həm icraçı məktəbin, həm də, yaxın icmalardan olan digər məktəblərdən dinləyicilər cəlb edildi. Xüsusi dərnəklərdə məktəblilərə taxtada iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, daş üzərində rəsmlər və s. öyrədildi.

Layihə çərçivəsində dekabrın ikinci yarısından başlayaraq növbəti ayın ortasına qədər art terapiya kursları təşkil ediləcək. Kurslara 15 nəfərdən ibarətə 1 qrup cəlb ediləcək. Layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasında formalaşacaq qrupda art terapiyadan istifadə olunacaq. Bu məqsədlə komandaya daxil olan mütəxəssisin peşəkar biliklərindən istifadə ediləcəkdir.

Növbəti il dərnəklərdə (həmçinin art terapiya kurslarında) iştirak etmiş şəxsləri həvəsləndirmək, onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı düzəldilmiş əl işlərinin sərgisinin təşkili nəzərdə tutulub. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanışlıq, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.

Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin yekun mərhələsində “Dəyirmi masa”nın keçirilməsi də planlaşdırılır.

Layihə gələn ilin martında yekunlaşacaq.

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin işçi qrupu

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir - FOTOLAR





Tarix: 15 dekabr 2021
Baxış: 184

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş