İşsiz əhaliyə şad xəbər: Milli Məclis Qanun qəbul etdi
İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.
Bununla bağlı bu gün Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilib.
Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb. \\Oxu24
Tarix: 14 dekabr 2021
Baxış: 140
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş