Erməni vəhşiliklərinin ifşa edən YENİ KİTAB ÇAP OLUNUB
Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erməni vəhşiliklərinin ifşası” adlı layihəni icra edir. (15.10.2021- 15.01.2022)
Layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Bu məqsədlə azad edilmiş torpaqlarımızda erməni faşistlərinin dağıntılara məruz qoyduğu tarixi, mədəni, dini abidələrin fotolarının beş dildə əvvəl və sonrakı hallarının əks etdirildiyi kitab hazırlanıb, çap edilib. Layihədə bu kitabın Bakı və Gəncə şəhəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Ağdam rayonunda təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
İlk təqdimat Bakı şəhərində 13 dekabr saat 14:00 tarixində Azərbaycan Dillər Universitetinin əsas binasında (R.Behbudov 134) baş tutacaqdır.
Tarix: 11 dekabr 2021
Baxış: 133
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş