Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Payızın ən faydalı 10 giləmeyvəsi

Payız giləmeyvələri qışda salamat qalmaq, immuniteti möhkəmləndirmək üçün təbiətin insana verdiyi fürsətdir. Bu kiçik meyvələrdə minerallar, vitaminlər, antioksidantlar istənilən dərmandan daha çox kömək edər. Qızıl payızın orqanizmə vacib 10 faydalı giləmeyvələrini təqdim edir. Bu giləmeyvələrin çoxu bazarlarımızda var, bu da bizim xoşbəxtliyimizdir.
1) İtburnu
Ölkə.az xəbər verir ki, indi təzə itburnu da boldur, məhz payızda çıxan təbii itburnu C vitamini ilə zəngindir. İtburnu limon, portağaldan da güclüdür. Qrip, viruslara qarşıdır, insanın beynini gücləndirir, böyrək və qaraciyərləri təmizləyir. Amma burda dozanı aşmaq olmaz. Gündə 2 stəkan dəmləməsi yetərlidir.
2) Kəndalaş  (Buzina)
Yod və S vitamin mənbəyidir. Azərbaycan yod defisitli ölkə olduğundan qalxanvari vəz xəstəlikləri çox olur. Ona görə həm meyvəsi, həm dəmləməsi, həm mürəbbəsi payızdan menyunuzda olmalıdır. Südverən analarda südü artırır. Kişilərdə reproduktiv sistemi gücləndirir. Xərçənbə qarşı təsirlidir.
3) Qırmızı aroniya (Ryabina)
•Al qırmızı tünd meyvələrində B qrup vitaminləri vardır. Əsəbi, sinir xəstəlikləri olan, yuxusuz insanlar üçün təbii antidepressantdır. Eləcə də E və A vitaminləri kimi antioksidantlar var ki, insanı qocalmağa qoymur.
4) Çaytikanı
Qızıl adlanan bu giləmeyvə A, C, E, B vitaminləri, marqans, kaliy, fol turşusu ilə boldur. Bu giləmeyvə hamilə olmağa hazırlaşan qadınlar üçün çox vacibdir. Uşağın sinir sisteminin düzgün formalaşmasında rol oynayır. Eləcə də daxili xəstəliklər, mədə-bağırsaq, qəbizlik və hemorroyda yeyilir.
5) Zirinc ( Barbaris)
Qızdırma salır, xəstəni tez sağaldır. İmmuniteti möhkəmləndirir. Ödqovucudur. Ətri insanı sakitləşdirir.
6) Yemişan
Ürək-damar xəstəlikləri üçün əvəzsizdir, aritmiyası olanlar dəmləməsini içə bilər. Sinir pozulmaları və yuxunu bərpa edir. Yüksək miqdarda pektin olduğu üçün mədə-bağırsaq traktına faydalıdır. Həmçinin piylənmə ilə mübarizə aparır. Şəkər xəstələri mütləq yeməli və çayını içməlidir, çünki insulini artırır.
7) Mərcangilə (Bryusnika)
Sentyabrdan noyabra kimi yığılır. Əhvalı qaldırır, susuzluğu, hərarəti azaldır, kalsium, maqniy, dəmir sümükləri möhkəmləndirir, ürək və damarları qidalandırır, təzyiqi düzəldir.
8) Mərcanı ( Klyukva)
Ən məşhur payız nemətidir. Turşməzə meyvələri uzun müddət təzə qalır. Bu meyvədə benzoy turşusu var, hansı ki, konservirə edici təsir edir. Payız depressiyası, mövsümi qriplərdə çayı içilir. Xərçəng hüceyrələri ondan qorxur.
Bu giləmeyvənin şirəsini uzun müddət içmək mədə helikobakteri bakteriyasını məhv edir.
9) Yergilası (Fizalis)
Yəqin ki, ilk dəfədir eşidirsiz, amma dadmağa dəyər. Sarı kiçik meyvələri var. Həzmi yaxşılaşdırır, ödü yuyur, virusları qovur, qripdən qoruyur.
10) Zoğal
Sidikqovucu, qızdırmasalıcı xüsusiyyəti var. Qrip və viruslarda, zəhərlənmələrdə, həzm pozuntusu, rotarovirus, diareyada çayı, mürəbbəsi, özü köməyinizə çatar. Zoğal immuniteti qaldırır, tumları hemorroyu sağaldır. /Yenisabah.az

Tarix: 13 noyabr 2024
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş