"Yoxlamalar digər müəssisələrdə də aparılacaq" - Nazirlik
Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara davam edir.
Gender.Az-ın məlumatına görə, Nazirlikdən APA-ya bildirilib ki, bu cür yoxlamalar digər müəssisələrdə də aparılacaq
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində strukturuna daxil olan və daxil olmayan müəssisələrdə mütəmadi olaraq monitorinqlərin keçirilməsi, yoxlama və araşdırmaların aparılması nəzərdə tutulub”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənilsə də, sonradan müddəti uzadılıb.
Həmçinin bundan öncə nazirlik tərəfindən Mingəçevir Dövlət Dram Teatrında da daxili yoxlama aparılıb və yoxlamanın nəticəsi kimi teatrın direktoru Anar Quliyev vəzifəsindən azad olunub.
Tarix: 02 dekabr 2022
Baxış: 1 403
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş