Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Dil "dinivalnı" (keşikçi) funksiyasını yerinə yetirir 

Əvvəlki söhbətlərimdə insanın anatomik quruluşunda, barmaq izlərində, sümüklərinin sayında, ana bətnində qaldığı günlərin sayında olan hikmətlərdən bəhs etmişdik. İndi isə, diqqətinizi qarın boşluğuna və bu boşluqda "yatan" daxili orqanlara cəlb etmək istəyirəm. 
Qeyd edim ki, daxili  orqanları qazarmada yatan əsgərlərlə müqayisə etmək olar. Belə ki, hərbidə bu şəraitdə yatan əsgərləri dinivalni (keşikçi əsgər) qoruyur. Əgər keşikçi yatarsa, düşmən qazarmaya girib, əsgərləri öldürə bilər.
İnsan həyatında isə "dinivalni" funksiyasını dil oynayır. Belə ki, insan düşmənlə qarşılaşarkən, əgər dil  öz funksiyasını yerinə yetirib təhlükəli vəziyyəti aradan qaldırmazsa və sülh yaratmazsa, düşmən qarın boşluğunda "yatan" orqanlardan (əsgərlərdən) birini (və yaxud bir neçəsini) vurub yaralayar, beləliklə də insan məhv olar.
Həmçinin, keşikçi əsgər bu kimi hallarda həyəcan siqnalı ilə kömək çağırdığı kimi, insan həyatı da təhlükədə qalanda dil  digər insanları (və yaxud Allahı) köməyə çağırır. 
Bir məqamı da qeyd edim ki, dil əgər "özünü pis aparıb", kiməsə sataşarsa, bunun ziyanını adətən "qazarmada yatan əsgərlər" (daxili orqanlar) çəkir - düşmən hirslənərək, orqanlardan birini zədələyir.
Odur ki,  təhlükəsizliyini qorumaq üçün, insan gərək dili xoş danışığa, artıq sözlərdən çəkinməyə vərdiş etdirsin.
İnsan orqanizmi bir hərbi sistemə bənzəyir ki, burada hər cür fövqəladə vəziyyətlərə hazır olmalıyıq. 

Dr. Paşa Yaqub  - Pangeyist

Tarix: 14 noyabr 2024
Baxış: 109

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş