Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Kimsə müəllimə zəng edəcəksə, səhəri gün qırmızı kart alacaq?

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihəsində qeyd olunub ki, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməlidirlər.
Mövzu ilə bağlı Redaktor.Az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirdi ki, müəllimlərə axşam və istirahət günü zəng etmək olmaz.
“Bu, müəllimin istirahət zamanına girmək, müdaxilə etməkdir. Amma o demək deyil ki, kimsə müəllimə zəng edəcəksə, səhəri gün qırmızı, sarı və yaxud hansısa inzibati  tənbeh tətbiq olunan o rənglərdən biri ilə cəzalandırılacaq. Əslində bu cəza məsələsi deyil. Sadəcə biz bu nümunələri cəmiyyətə aşılamalıyıq”.
Ekspert qeyd etdi ki, bu məsələ ilə bağlı Avropa ölkələrinin təcrübələrini tətbiq etmək olar:
“Məsələn, Avropada kimsə gedib istirahət günü və ya axşam saatlarında kiməsə zəng edib narahat edə bilməz. Bu ən azından cəmiyyətdə ədəbsizlik sayılır. Tutaq ki, siz gecə vaxtı kimi narahat edə bilərsiniz və yaxud mən sizi necə narahat edə bilərəm? Bu sizin özəl zamanınız, istirahət vaxtınızdır, işdə yoxsunuz və mən nə deyə narahat etməliyəm sizi?
Hesab edirəm ki, bu təkcə müəllimlərlə bağlı deyil, ümumilikdə cəmiyyət anlamalıdır ki, insanın istirahət günüdürsə, mənim o şəxslə özəl və ya şəxsi münasibətim yoxdursa, yalnız işgüzar əlaqə varsa, mən nədən o insana zəng etməliyəm? Misal üçün, nümunəvi davranışları olan Almaniyada işdən sonra kimisə narahat etmək olarmı? Əlbəttə, xeyr. Əgər əvvəlcədən iş zamanında işgüzar münasibət zamanı həftəsonu görüş üçün razılıq əldə etməmisinizsə, onda qarşı tərəf sizin zənginizə cavab verməyəcək, cavab versə belə, o, sizə elə soyuq tərzdə münasibət göstərəcək ki, siz onu narahat etməyinizə bir baxımdan peşman olacaqsınız. Ümumilikdə, mən bunu təkcə məktəblə əlaqələndirməzdim. Eyni zamanda hesab edirəm ki, cəmiyyətdə həqiqətən də, insanlar davranışlarla bağlı normaları bilməlidir”.

Nərmin VÜQARQIZI

Tarix: 22 oktyabr 2022
Baxış: 1 506

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş