Hər birimiz bilməliyik ki, saleh əməli yerinə yetirmək üçün bəzi amillərin olması zəruridir. Təbiidir ki, bir əməlin yerinə yetirilməsi üçün hər nə qədər müqəddimələr hazır olarsa, onun həyata keçməsi də bir o qədər qəti olar.
Bəs bu amillər hansılardır?
1. Allahı yada salmaq. "Onlar orada dad-fəryad edərlər: "Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq, yaxşı işlər görək". (Onlara deyiləcək:) "Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz"". ("Fatir" 37).
Bu ayədən başa düşmək olur ki, Allahı yada salmaq - saleh əməl üçün zəminədir. Başqa ayədə oxuyuruq: "Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər (s) və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar". ("Şüəra" 227).
2. Tövbə. Tövbə, yəni Allaha tərəf qayıtmaqdır. İnsana saleh əməl yerinə yetirmək üçün yollar açar. "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar).
Allah çox bağışlayan və mehribandır. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)". ("Furqan" 70-71).
"Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır". ("Ali-İmran" 89).
3. Səbir. Saleh əməl yerinə yetirmək zahirən çətindir. Ona görə də onu yerinə yetirən insanın səbirə ehtiyacı vardır. "Səbir edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür". ("Hud" 11).
"(İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: "Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər"". ("Qəsəs" 80).
4. Halal ruzi. "Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm". ("Muminun" 51).
Allah Təala bizləri saleh əməl sahiblərindən qərar versin. \\Milli.Az