Kişilərdən gizlədilən SİRLƏR - Qadınlarda intim problemin səbəbləri GÖRÜN NƏ İMİŞ
İntim münasibətlərdə cütlüklər arasında anlaşılmazlıqlar çox zaman qadınların gizli saxladığı intim və ginekolioji problemlər səbəbindən baş verir. Buna qaşınma, səpki, pis qoxu, ağrı, istəksizlik, cinsi orqanlarda dəyişiklik, axıntı, psixoloji problemlər aiddir.
Qadınların daha çox rastlaşdığı 6 intim problemin səbəblərini və çıxış yollarını təqdim edirik:
1.Psixoloji problemlər
Psixoloji travmalar, qarşı tərəfdən inciklik, ümumiyyətlə kişilərə qarşı soyuqluq, nifrət, inamsızlıq, eləcə də uşaqlıqdan düzgün olmayan seksual tərbiyə və ya ümumiyyətlə bu tərbiyənin olmaması qadında dərin frigidlik yaradır. Əgər frigidlik və ağrı tibbi baxımdan əsaslıdırsa, müalicəsi var. Yox əgər tibbi səbəb tapırmırsa, qadın elə ağrı və s. səbəb gətirirsə, deməli, dərin psixoloji problemlər var.
Ola bilsin qadının gözlədiyi ilə reallıq üst-üstə düşmür, qadın seks haqqında komponent məlumata malik deyil, ya da ümumiyyətlə kişi, qadın fiziologiyasını bilmir. Bu halda qadının ünsiyyətdə olduğu kişidən də çox şey asılıdır. Kişi intim münasibəti qadına sevdirməyə çalışmalıdır. Eləcə də psixoloq yardımı almaq olar.
2.Vaginal quruluq
İntim əlaqədə qadına diskomfort yaradan səbəblərdən biridir. Adi quruluq ağrı yarada bilər. Bu qadının kifayət qədər ehtiraslanmaması, eləcə də cinsəl orqanlarda müəyyən səbəblərdən quruluğun olmasındandır.
Ona görə lubrikant – süni maye istifadə edilməlidir və bundan utanmaq lazım deyil.
3.İntim gigiyena
Qadın uşaqlıq yolu özünün müdafiə mexanizm və pH balansına malikdir. Laktobakteriyalar vaginanın divarını sıx örtür və orda daim məskən salır. Onlar digər zərərli mikroorqanizmlərin axınına, çoxalmasına və infeksiya yaratmasına mane olur. Bir qadin uşaqlıq yolunda 20 növ laktobakteriya olur.
Çox zaman düzgün gigiyenaya əməl etmədikdə və ya uşaqlıq yolun yad, amma müalicə məqsədilə tampon, kontraseptiv dərmanlar, şamlar, uşaqlıq yolunun yuyulması, müxtəlif vasitələrin yerli tətbiqi turşu qələbi mühitini pozur, selikli qişanı iltihablaşdırır, laktobakteriyaları yuyur, disbioz yaranır.
Disbiozun birinci əlaməti axıntı, qaşınma, qanma, xarici cinsi orqanların qızarması, sidik zamanı göynəmə, quruluq və ağrıdır.
Bu zaman mikrofloranın bərpası üçün tədbirlər görülməlidir.
4.Hormonların pozulması
Uşaqlıq yolunun florası, intim istək, ümumiyyətlə cinsi sağlamlıq qadında birbaşa yumurtalıqlardan hasil olunan cinsiyyət hormonları estrogen və progesterondan asılıdır.
Estrogen uşaqlıq yolunun selikli qişasında qlikogen toplanmasına kömək edir. Progesteron isə qlükogendən laktobakteriyalar üçün qida hazırlayır. Əgər bu hormonların səviyyəsi kəskin ensə, yumurtalıqların işi zəifləyir, laktobakteriyaların balansı pozulur, zərərli bakteriyalar çoxalır və iltihabi proses, eroziya və s. başlayır.
Burdan da qadına ipucu verilir: uşaqlıq yolunda xoşagəlməz nə baş veribsə səbəbini hormonal disbalansda axtar, aradan qaldır. Bunun üçün laktobakteriyaları artıran və qidalandıran xüsusi hormonal dərmanlar var.
5.İnfeksiyalar və uzun müalicə
Qadını yoran və intim həyatdan uzaqlaşdıran amillərdəndir. Adətən infeksiya mənbəyi kişi ilə münasibətdən sonra qadının başı dərdə girir. Cinsi yolla keçən infeksiyalar baryeri qırır, uşaqlıq və yumurtalıqlara kimi gedib çatır. Antibiotik müalicəsi isə nəinki düşmən bakteriyaları, həmçinin lazımlı mikrofloranı da məhv edir. Ona görə qadınlar tez-tez bakterial vaginozdan əziyyət çəkir.
Qadınlar bilməlidir ki, istənilən xəstəlikdə təyin olunan antibiotiklər disbakterioza səbəb olacaq və uşaqlıq yolunu pozacaq. Bu zaman intrvaginal probiotiklərdən istifadə vacibdir. Bunu unutduqda problemlər çoxalır, qadının vaxtı, ayları müalicəyə sərf olunur, bu ərəfədə kişini yaxına buraxmaq istəyi də olmur.
6.Kandidoz, bakterial vaginoz
70% qadınlar ömründə bir dəfə də olsa bu xoşagəlməz xəstəliyi keçirib və 40% hallarda kandidoz 2-3 dəfə geri qayıdır, müalicə olmadıqda xroniki formaya keçir.
Candida göbələyinin törətdiyi xəstəlik sağlam qadınların da vaginal mühitində olur, sadəcə onların qarşısını laktobakteriyalar alır.
Qadında immunitet düşdükdə, infeksiya keçirdikdə, antibiotik qəbul etdikdə, iqlim dəyişdikdə, stresdən bu göbələk aktivləşir. Bu zaman uşaqlıq yolundan ağ xamaya bənzər axıntı, qaşınma, seksdən sonra kəskin axıntı, narahatlıq olur. Bu zaman da qadın intim əlaqədən bilərəkdən imtina edib,bu vəziyyəti gizlətmək istəyir, çünki utancvericidir.
Kandidozun müalicəsi 2 mərhələdə olmalı, axıra kimi aparılmalı,vaginanın mikroflorasının bərpası və laktobakteriyaların artırlması üçün tədbirlər görülməlidir.
Bakterial vaginoz da hər 6 qadından birində rast gəlinir.Bozumtul, balıq qoxusu verən axıntı, qaşınma qadını bir müddət seksual həyatdan uzaqlaşdırır. Təbii ki, bu halları qadın kişiyə açıb deyə bilmir.
Ona görə problemi görən kimi ginekoloqa müraciət edib, antibiotik və probiotik müalicəsi almaq mütləqdir.
Hər bir qadın vaginal laktobakteriyalar haqqında məlumatlı olmalı, yeri gəldikdə həkimdən bu barədə tədbir görməyi tləb etməli, laktobakteriyaları artıran preparatları araşdırmalı, mikrofloranın təbiiliyini qorumağı qarşısına məqsəd qoymalıdır. \\Medicina