Gələcəkdə alimlər insan beyninin strukturunu mikroprosessor səviyyəsində təkrarlaya bilsələr, süni intellekt seqmentində bir inqilab baş verəcək. Portativ kompüterlərdə, ağıllı telefonlarda, avtomobillərdə və IoT cihazlarında olan çiplər daha zəkalı və daha ağıllı olacaq.
Bəlkə də maşın insanın zehnini və yaradıcılıq imkanlarını təkrarlaya bilməyəcək, lakin insan beyni ilə neyro-şəbəkə arasında minimum fərqlər olacaq.
Beynin ən yaxşı keyfiyyətlərindən (yəni konkret olaraq müstəqil şəkildə və paralel olaraq məlumat emal etmə qabiliyyətindən) istifadə edərək, maşın problemlərin həllində daha böyük sərbəstlik və daha geniş hərəkət amplitudasını əldə edəcək. Məsələn, yolda bir maneəni təhlil edərkən, pilotsuz nəqliyyat vasitəsi istehsalçının serverlərinə müraciət etmədən məlumatı işləyib qərar qəbul edə biləcək. Bu, müstəqil nəqliyyat vasitəsinin uzaqda olan mərkəzlə ünsiyyət qurması zamanı yaranan gecikməni aradan qaldıracaq.
Daha çox sərbəstliyə malik olan ağıllı ev gadget'ları daha müstəqil və sərbəst olacaqlar. Məlumatın yerli təhlili keyfiyyəti xarici sistemlər vasitəsilə məlumatların işlənmə keyfiyyətindən aşağı olmayacaq. Maşınlar enerjidən daha qənaətlə istifadə edəcək, kiberhücum ehtimalı azalacaq - hər şey məlumatın adi bir şərti ağıllı rozetka prosessorundan və ya bir robot tozsorandan kənara çıxmaması səbəbindən baş verəcəkdir. \\Azərtac