Xəbər lenti
Reklam
İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri - Qərbi Azərbaycan Xronikası + VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri" adlı buraxılışda Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov İrəvan xanlığının unudulmuş mətbəx xəzinələrindən söz açıb.
O bildirib ki, İrəvan mətbəxi saray və köçəri ənənələrinin qovuşuğudur: "Azərbaycan mətbəxi xəritəsi xörəklərin dili ilə danışan xalçadır. Torpağa qayıdan xalq mətbəxini də geri gətirir".
Əməkdar mədəniyyət işçisi köçəri mətbəxindən oturaq mətbəxə keçidin xüsusiyyətləri, paxlava, şəkərbura, şilə plovu, İrəvan kətəsi, tutmaç, buğraç, xəngəl ənənələri və türk dünyasında yayılma xəritəsindən söz açıb.
T.Əmiraslanov İrəvan mətbəxinin sirrləri və tarixçəsi, eləcə də paxlavanın niyə saraylarda yaranmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Tarix: 13 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş