Pensilvaniya Ştat Universitetinin alimləri innovativ bioçürüyən CitraBoneQMg implantını təqdim ediblər.
Bu implant sümük toxumasının bərpasını əhəmiyyətli dərəcədə sürətləndirə bilir.
Laboratoriya siçanları üzərində aparılan sınaqlar göstərib ki, yeni materialla sümük böyüməsi ənənəvi implantlarla müqayisədə 185% artıb.
CitraBoneQMg maqnezium, qlütamin və limon turşusunu birləşdirir, hüceyrədaxili prosesləri aktivləşdirir və kök hüceyrələri sümük hüceyrələrinə çevirir. Bu yanaşma yalnız zədələnmiş toxumanı əvəz etmir, həm də hüceyrələrə sürətli bərpa üçün enerji verir.
Siçanların kəllə sümüklərində aparılan eksperimentlərdə implant limon turşusu əsaslı digər karkaslarla müqayisədə 56% daha yüksək sümük böyüməsi göstərib və ənənəvi üsullara nisbətən təxminən iki dəfə sürətli olub.
Materialın əlavə üstünlüklərinə sinir toxumasının regenerasiyası, iltihab əleyhinə təsir və fotolüminesensiya və fotoakustik xüsusiyyətlər vasitəsilə sağalma prosesinin vizualizasiyası daxildir. \\Bizim.Media