Redaktor seçimi
    “DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?
Xəbər lenti
Reklam
Torpaq, təbaşir, gil yeyənlər özlərini təcili həkimə göstərsinlər – Orqanizm hansı siqnalları verir?

Bu yaxınlarda azyaşlı qızın mədəsindən əməliyyatla bir çəngə tük topası çıxarılmış, valideyni də uşağının tük yemək vərdişinin olduğunu etiraf etmişdi. Yəqin ki, ətrafımızda tük, torpaq, gil, kirəc, qum, təbaşir yeyən adamlara az rast gəlməmisiniz.

Adətən hamiləlik dönəmində özünü daha çox büruzə verən bu vərdiş, bəziləriində elə uşaqkən baş qaldırır.

Tibbdə Pika sindromu adlanan və əslində ciddi xəstəlik olan bu vərdiş insanın qida olmayan maddələrin yeyilməsinə istəyi, aludəçiliyi, qarşısıalınmaz tələbatıdır. Qanazlığı, vitamin (əsasən sink, dəmir, kalsium) çatışmazlığı olan insanlarda bu meyil yaranır. 

Bu xəstəlik günümüzdə çox rastlansa da əslində tibb elminin qədim dövrlərdən bələd olduğu bir xəstəlikdir. Hələ 2000 il əvvəl Hippokrat tərəfindən qeyd olunaraq Geofagiya adlanan bu fenomen günümüzə kimi ən müxtəlif ölkələrdə qeydə alınıb. 1920-1921-ci illərdə Böyük Aclıq dövründə Rusiya əyalətlərində torpaq və gil yemək geniş yayılmışdı, hətta yeməyə yararlı olan gil bazarda satılırdı. 

Yeri gəlmişkən, gil Hindistan, Yava, Çin və Boliviyada qida kimi qəbul olunub. Çində Diatomit dağının qara torpağını ölümsüzlük qidası hesab edirlər. Guya ondan yedikdə insan sağlam olur və uzun ömür yaşayır. Yavada isə hesab olunur ki, hamilə qadın doğuş öncəsi gil yesə doğuşu asan keçəcək.

Pika sindromu nədən qaynaqlanır?

2009-cu ildə Kristofer Qolden adlı epidemioloq iddia edib ki, Pikanın 2 səbəbi var:

mikroelementlərin defisitini doldurmaq və həzmetmə problemləri, mədə-bağırsağı parazitlərdən təmizləmə. Məlumdur ki, gil, torpaq absorbedici, yəni toksinləri özünə çəkmə və zərərsizləşdirmə funksiyasına malikdir.

Toyuqlar, balıqlar, delfinlər də xırda daşları udur. Elmi araşdırmalarla bəzi mineralların bağırsaq mikroflorasına yaxşı təsir etdiyi, həzm şirəsinin tərkibini yaxşılaşdırdığı, mədədəki xoraların sağaltdığı sübut olunub. Çünki torpaqda orqanizm üçün vacib olan sink, kalsium və dəmir çoxdur, bunlar çatışmadıqda orqanizm instinkti işə salaraq insanı məcbur edir ki, torpaq yesin.

Amma bu, Pika sindromunun heç də faydalı olması qənaətinə gəlməməlidir. Çünki orqanizmin vitamini və təmizliyi qaydasında olsa bu qəribə vərdişlərə gərək də qalmaz. Üstəlik uzun müddət bu “qida”larla bəslənmək mədə-bağırsağı sıradan çıxara bilər. Sonu isə şizofreniya və başqa psixoloji xəstəliklərə aparır. Fərqinə varılmadıqda həmçinin əksər hallarda alminium zəhərlənməsi, infeksiyalara bağlı olan xəstəliklər, boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşə bilərlər. \\Bizim.Media

Tarix: 12 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş