"Hər bir uşağın məktəb hazırlığı tətil zamanı valideynlərdən asılıdır. Valideynlər məktəbi qorxunc yer kimi öz uşaqlarına təbliğ etməməlidirlər. Yəni “məktəb başlayır, səni oyuncaqlarından ayıracam”, “artıq həyətə düşməyəcəksən”, “məktəbə səhər tez getməlisən”, “hazır olmalısan” və s. uşağa bu sözlərlə psixoloji təsir etməməlidir”.
Gender.Az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Xavər Abdullayeva deyib.
O bildirib ki, valideyn ilk öncə uşağda məktəbə qarşı maraq yaratmalıdır:
“Onun gələcək həyatı, mövqeləri, məktəb ona nə verir?, hansı fənləri daha yaxşı oxusa, gələcəkdə yaxşı peşəyə sahib ola bilər və bu barədə davamlı uşaqlarını maarifləndirməlidirlər. Valideynlər uşaqlarda müəllimə qarşı məhəbbət hissini aşımalıdır. Valideyn müəllimlər haqqında elə bir təsəvvür yaratmalıdır ki, uşaq məktəbə gedərkən nəinki yad bir müəllimlə üzləşib, bu onun üçün ən əziz bir insan olmalıdır. Belə olduqda isə uşaqlar məktəbə daha doğma münasibət bəsləyir. Valideyn öz uşağını bir başa oyuncaqlarından uzaqlaşdırmamalıdır. Onun oynamağı üçün də bir mühit yaratmalıdır ki, uşaq düşünməsin ki, məktəbə getdiyi zaman hər şeydən tədric olunacaq”.
Mehriban Mirzəzadə