Xəbər lenti
Reklam
7,4 bal gücündə ZƏLZƏLƏ OLACAQ: Görür təhlükəli əraziləri AÇIQLADI

Elmlər Akademiyasının üzvü Yer alimi Prof. Dr. Naci Görür zəlzələ ilə bağlı yeni xəbərdarlıq edib.
Gender.Az bu barədə “HaberGlobal”a istinadla xəbər verir.
N.Görür Ərzincan, Bingöl və Karlıova arasında 7,4 bal gücündə zəlzələ gözlənildiyini açıqlayıb. Onun sözlərinə görə, son zəlzələ orada 1790-cı illərdə baş verib:
“Bingöl Karlıova ilə Bingöl Göynük arasında da 7,2 bal gücündə zəlzələ ola bilər. Adıyaman və Hakkari arasındakı o dayaq zolağında bir qədər sıxılma ola bilər".
Yer alimi hesab edir ki, bu, son zamanlar baş verən zəlzələlərlə bağlı ola bilər:
“O yerlərə diqqət yetirmək lazımdır. Son zamanlar baş verən zəlzələlərə görə lövhədəki qırıqlarda, yəni Anadolu lövhəsində müəyyən hərəkətlər olub. Ona görə də, məsələn, Adanada. Sivasda, Kayseri bölgəsində olduğu kimi burada da bir az daha diqqətli olmaq lazımdır. Burada zəlzələyə davamlı olmaq üçün səylər diqqətlə aparılmalıdır".
İstanbulun zəlzələlərə davamlı olmasının yollarını izah edən Görür qeyd edib ki, ilk növbədə ictimaiyyəti məlumatlandırmaq, maarifləndirmək və bu zəlzələyə hazırlaşmaq lazımdır:
“Xalqın hökumət və bələdiyyə ilə qol-qola bu problemin öhdəsindən gəlməsini təmin etmək lazımdır. Bu, əlbəttə ki, insanlara səlahiyyət vermək, maarifləndirmək və məlumatlandırmaq yolu ilə əldə edilə bilər”.
Qeyd edək ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyəni silkələyib. Zəlzələ 11 əyaləti əhatə edib və 50 mindən çox insan həyatını itirib.
Tarix: 03 aprel 2023
Baxış: 174

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş