Xəbər lenti
Reklam
Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik (Zəngəzur - red.) rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.
Bu barədə şənbə günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzi məlumat yayıb.
Bildirilir ki, görüş Tex-Kornidzor ərazisində baş tutub.
“Sərhədlərin dəqiqləşdirilməsi üçün işlər aparılıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb. \\Press.az

Tarix: 01 aprel 2023
Baxış: 172

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş