Xəbər lenti
Reklam
“Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!

5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən “Bakcell” abunəçiləri üçün aktivdir.
Gender.Az xəbər verir ki, iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.
5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır.
Qeyd edək ki, “Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.
Xatırladaq ki, “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Tarix: 28 mart 2023
Baxış: 163

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş