İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırdı
İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.
Bu barədə səfirliyin “Facebook” hesabında məlumat yayılıb.
Səfirliyin fəaliyyətini dayandırmasına səbəb İsrialdə davam edən etiraz aksiyalarıdır.
Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib. \\Redaktor.Az
Tarix: 28 mart 2023
Baxış: 182
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş