Xəbər lenti
Reklam
“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” - Rusiya XİN

Moskva İrəvanın Rusiya rəhbərliyinə qarşı çıxarılan orderlər fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.
Gender.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Moskva rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-in Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab edir”, - mənbə deyib.
O, həmçinin Ermənistan tərəfinə atılacaq mümkün addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edildiyinə də vurğulayıb.
Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar verib.

Tarix: 27 mart 2023
Baxış: 212

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş