Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşıb

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O, qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
Küləksiz havada yer səthi effektiv əks şüalanma nəticəsində soyuyur və buna görə də, yerüstü hava qatında duman əmələ gəlib:
“Naxçıvan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Lerik, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Neft Daşlarında da duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb”.
G.Məmmədova qeyd edib ki, dumanlı hava şəraitinin martın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Tarix: 18 mart 2023
Baxış: 175

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş