Xəbər lenti
Reklam
Benzin və dizellə bağlı sürücülərə xoş xəbər

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.
Gender.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir.
“2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub”, - deyə hesabatda bildirilib.
Qeyd edək ki, hesabatı Milli Məclisdə Baş nazir Əli Əsədov təqdim edir.

Tarix: 17 mart 2023
Baxış: 90

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}