Xəbər lenti
Reklam
Zaxarova Paşinyanı ələ saldı - "Fırlanan möcüzə..."

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl bəyan etdi ki, əgər Rusiya özü erməni əhalisinin təhlükəsizliyini təmin edə bilməsə, BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.
Gender.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Paşinyanın bu bəyanatına ironiya ilə cavab verərək, onu “möcüzə" adlandırıb:
"Bilirsiniz, bunu yalnız bir sözlə qiymətləndirmək olar - növbəti "Fırlanan möcüzə" (cizgi filmi - İ.H), mən buna başqa tərif verə bilmərəm", - o deyib.
Qeyd edək ki, "Fırnan möcüzə" heyvanların hyatından bəhs edən Hollivud cizgi filmi seriyalıdır. \\Redaktor.az

Tarix: 16 mart 2023
Baxış: 177

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş