Xəbər lenti
Reklam
Natiq Cəfərli: "PA seriyalı maşın "belimə minmişdi""

""6-cı paralelnidə" tıxacda zülmlə gedirik, PA serialı bahalı bir maşın vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belimə minib. Pəncərəni açıb, "qardaş, nə olsun e PA seriyalısan, minəcəksən bizi", deyə irad bildirdim. Sürücü coşdu, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başladı".
Gender.Az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
"Maşını söndürüb düşdüm, sürücü də endi, sonra o maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşüb, "Natiq müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü tənbeh edəcəm", dedi. Açığı, xoşuma gəldi, tanımadım kimdir, amma mədəni davranışını bəyəndim və bir anlıq düşündüm ki, həmin sürücünün əlinə səlahiyyət keçsə,hamımızı minər..." \\Pravda.az

Tarix: 27 fevral 2023
Baxış: 239

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş