Xəbər lenti
Reklam
"Aİ müşahidəçiləri qoruya bilməz, onların silahları və mandatı yoxdur" - Erməni politoloq

“Aİ müşahidəçiləri bizi yeni hücumdan qoruya bilməz, onların silahları və mandatı yoxdur”.
Gender.Az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan erməni mediasına bildirib.
O deyib ki, Ermənistan sərhədində Aİ müşahidəçilərinin yerləşdirilməsi heç bir gücü olmayan simvolik addımdır.
“Bu müşahidəçilər bizi yeni hücumdan qoruya bilməz. Birincisi, onlar bizi qorumaq üçün silahlanmayıblar, ikincisi, onların mandatı yoxdur və sonda onların burada gördüklərini kosmik kəşfiyyat sistemlərinin, peyklərin köməyi ilə də görmək olardı.
Onlar sadəcə olaraq xalq üçün təhlükəsizlik illüziyası yaratmaq istəyirlər ki, Rusiyanın varlığından imtina etsinlər.
Bundan sonra hücum olarsa, müşahidəçilər hava limanına gedəcəklər, orada bu barədə məlumat verəcəklər və Brüsselə uçacaqlar. Və biz Türkiyə ordusu ilə qarşıdurmada tək qalacağıq”, – deyə Xaçikyan Aİ müşahidəçilərinin fəaliyyətini dəyərləndirib. \\KONKRET.az

Tarix: 24 fevral 2023
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş