Azərbaycan Bütövlük Platformasının İdarə Heyətinin növbəti toplantısı keçirilib
Toplantını giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl həm Xoyda, həm Türkiyədə baş verən zəlzələlərdə həyatını itirinlərin anılmasını istəyib.
Gender.Az xəbər verir ki, ABP - nin təşkilat məsələləri üzrə sədr müavini Ruslan Rəsulzadə gündəliyi müzakirəyə təqdim edib. Türkmənçay müqaviləsi ilə bağlı ABP - nin keçirdiyi tədbirlər İH tərəfindən müzakirə olunaraq, qənaətbəxş hesab edilib. Sonra təşkilati məsələ müzakirə olunub. Milli Mənəviyyat Qəzeti nin baş redaktoru Vəli Əliyev və ictimai fəal Xəyyam Hüseynov İdarə Heyətinə seçiliblər. Daha sonra ABP sədri Bəhram İsmayıl qarşıdan Xocalı faciəsinin ildönümü gəldiyini və platformanın Xocalı faciəsi ilə bağlı keçirəcəyi tədbirlər paketini İH - nin müzakirəsinə təqdim edib. Daha sonra bir sıra məsələlər müzakirə olunub və uyğun qərarlar qəbul edilib.
Məqaləyə dair fotomateriallar:
Gender.Az
Tarix: 21 fevral 2023
Baxış: 192
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş