Xəbər lenti
Reklam
"WhatsApp" işlədən hər kəs üçün VACİB XƏBƏR

"WhatsApp" qrup söhbətləri üçün "Zəng Planlaşdırma" funksiyası üzərində işləyir.
Bu xüsusiyyət sayəsində eyni qrupdakı "WhatsApp" istifadəçiləri əvvəlcədən zəng planlaşdıraraq onlayn görüş keçirə biləcəklər.
Aşağdakı ekran görüntüsündə göründüyü kimi, planlaşdırılan zəng qrup söhbətlərinin yuxarı sol tərəfindəki üç nöqtəli menyu vasitəsilə təyin olunacaq. Başlıq, tarix və vaxt bu sahədən müəyyən ediləcək. "WhatsApp" qrupunun istifadəçiləri əvvəlcədən təyin edilmiş bu zəng üçün vaxtlarını öncədən qura biləcəklər.
Yalnız qruplar üçün sınaqdan keçirilən xüsusiyyət "Android" üçün Beta 2.23.4.4 yeniləməsi ilə sınaqdan keçirilir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ məlum deyil.\\Trend

Tarix: 16 fevral 2023
Baxış: 215

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş