Azərbaycan ilə Ermənistan komandalarını eyni qrupa saldılar
Gender.Az xəbər verir ki, 2023-cü ilin Avropa çempionatında Azərbaycan ilə Ermənistanın basketbol üzrə U16 komandaları eyni seçim qrupuna salınıb.
C divizionunun B qrupuna Albaniya, Kipr və San-Marino komandaları da düşüb. Oyunlar bu ilin 19-27 iyul tarixlərində Priştinada (Kosova) keçiriləcək.
Seçmə mərhələrinin püşkatması Almaniyanın Münhen şəhərində keçirilib.\\Hurriyyet.az
Tarix: 14 fevral 2023
Baxış: 217
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş