“Bu, Arayik Arutyunyanın Qarabağda son xidməti olacaq”.
Gender.Az xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan sosial şəbəkə hesabında yazıb.
“Qarabağ “hakimiyyət”i sakitləşmir. İİndi də onlar “konstitusiya” dəyişikliyi prosesinə başlayıblar. Və onların bəyan etdikləri məqsədlərinə inanmıram. Bu məqsədlərə çatmağın başqa yolları da var və bunu çox yaxşı bilirlər.
Problem başqa yerdədir. Arayik hamını razı salmaq, qane etmək istəyindədir. Hamını deyəndə, yəni Paşinyan, Əliyev, Putin, Qarabağ elitası, erməni müxalifəti və s.-i nəzərdə tuturam.
Və o, bunu bacaracağını düşünür. Paşinyan Samvel Babayanı Qarabağda vəzifəyə təyin etmək istəyir? Baş üstə.
Əliyev Ruben Vardanyanın Qarabağda olmasını istəmir? Yenə baş üstə.
Rusların arzuları varmı? Yenə problem yoxdur.
Onlar belə yaşayırlar: bu gün qərar verib, ertəsi gün dəyişdirməklə. Araik Arutyunyanın taktikası belədir.
İndi Konstitusiyaya dəyişiklik edilir. Deyirlər ki, bu, Samvel Babayanın istəyi ilə edilir.
Xəbər saytlarına görə, Babayan Qarabağda “baş nazir” olmaq istəyir. Ya da “prezident” ola bilər. Ondan “prezident” olacaq. Və bu, Arayik Arutyunyanın Qarabağda son xidməti olacaq. Təbii ki, sabah yenə fikrini dəyişməsə…
Lakin Qarabağa bu gün tamamilə fərqli həllər lazımdır. Digər yanaşmalarla Qarabağa inam və mübarizə lazımdır. Dözümlü olmaq və müqavimət göstərmək lazımdır. Təslim olmaq olmaz. Düşmənə fürsət verməyin. İnsanları bu gündəmdən yayındıracaq hər kəs çirkin niyyət və maraqları rəhbər tutur”, – deyə Melik-Şahnazaryan bildirib. \\KONKRET.az